• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Peyvənd olunanların sayı AÇIQLANDI

CƏMİYYƏT

15 Iyul 2023 | 15:46

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 19 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, üç və daha çox doza vaksin vurduranların sayı 6, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 968 026, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 834, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 179, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 672, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 341 təşkil edir.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026