Gömrük xidməti general-mayoru İsmayıl Ələkbərov vəfat edib.
Bakıvaxtı.az -ın məlumata görə, o, ötən gün uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, general Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsində çalışıb.
O, 2022-ci ilin iyul ayında DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun imzaladığı əmrə əsasən təqaüdə göndərilib./oxu.az

















