• Bakı 22° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Maştağa sakinindən “Makarov” götürüldü - VİDEO

CƏMİYYƏT

13 Sentyabr 2023 | 12:12

Maştağa sakinindən “Makarov” götürüldü - VİDEO

Maştağa sakinindən “Makarov” markalı tapança aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və odlu silah saxlayan əvvəllər məhkum olunmuş Maştağa qəsəbəsi sakini 1974-cü il təvəllüdlü Eldar Babayev tutulub. Ondan narkotik vasitə olan heroin, 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib.

Faktla bağlı 14-cü Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026