• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Böyük Britaniyadan texnoloji nəhənglərilə bağlı AÇIQLAMA

CƏMİYYƏT

13 Oktyabr 2023 | 12:06

Böyük Britaniyadan texnoloji nəhənglərilə bağlı AÇIQLAMA

Böyük Britaniyanın Rəqabət və Bazarlar Təşkilatı (CMA) "Microsoft"un bulud oyun hüquqları istisna olmaqla "Activision Blizzard"ı almasını təsdiqləyib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, CMA-nın bəyanatına görə, qurum "Microsoft"un "Activision"u almasının bazarda rəqabətqabiliyyətli qiymətlərə və xidmətə zərər verməyəcəyi qənaətinə gəlib.

"Activision Blizzard"ın bulud oyun hüquqlarını isə Ubisoft alacaq.

Xatırladaq ki, bu ilin aprel ayında CMA "Microsoft"un bulud oyun bazarının gələcəyini dəyişdirəcəyindən narahat olduğu üçün, təxminən, 69 milyard dollara "Activision"u almasına əngəl olmuşdu. Buna baxmayaraq, Microsoft keçən ay Activision Blizzard-ı almaq üçün tənzimləyici orqana yeni razılaşma təqdim etmişdi.

Strukturlaşdırılmış razılaşma çərçivəsində "Microsoft"un qarşıdakı 15 il ərzində satışa çıxarılacaq bütün mövcud və yeni "Activision" oyunları üçün bulud axını hüquqlarını əldə etməyəcəyi və bu hüquqların "Microsoft"un "Activision"u əldə etməsindən əvvəl "Ubisoft Entertainment" SA-ya satılacağı qeyd edilmişdi.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR