• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Qubadlının keçmiş icra başçısı vəfat etdi

CƏMİYYƏT

12 Noyabr 2023 | 11:16 | Müəllif: Subhan Mahmudov

Qubadlının keçmiş icra başçısı vəfat etdi

Qubadlı rayon İcra Hakimiyyətinin keçmiş rəhbəri, uzun müddət Azərbaycan Tibb Universitetinin Üz-çənə cərrahiyyəsi kafedrasının müdiri olmuş məşhur cərrah Baxış Hüseynov dünyasını dəyişib. 

Bakıvaxtı.az xəbər verir ki, B.Hüseynov bu gün 87 yaşında vəfat edib. 

Baxış Hüseynov 1936-cı ildə Qubadlı rayonunun Eyvazlı kəndində anadan olub. 1953-1959-cü illərdə Bakıda Azərbaycan Dövlət Tibb İnistutunda (ATİ) təhsil alıb. B.Hüseynov 1962-ci ildən Moskva Tibb Stomotoloji İnstitutunun aspirantı olub, 1965-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək Bakıya dönüb.

Bir müddət ATİ-nun Üz-çənə cərrahiyyəsi kafedrasında assisent vəzifəsində çalışıb. 1969-cu ildə dosent seçilib. 1986-1996-cı illərdə Respublika Klinik Xəstəxanasının Üz-çənə cərrahiyyəsi şöbəsinə rəhbərlik edib.

Baxış Hüseynov 1992-ci il may ayının 22-dən oktyabr ayınadək Qubadlı rayon İcra Hakimiyyətinin başçısı işləyib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR