• Bakı 15° C

    1.58 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

DİN və ANAMA  vətəndaşlara birgə çağırış etdi

CƏMİYYƏT

13 Oktyabr 2023 | 11:52

DİN və ANAMA vətəndaşlara birgə çağırış etdi

Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır.

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, çağırışda bildirilir ki, təhlükəli ərazilərdə hər bir addım ölümcül fəsadlar törədə bilər.

"Aşağıdakı tövsiyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstək olaq", - deyə vurğulanır:

• Təhlükəli və bələd olmadığınız ərazilərə daxil olmayın!
• Yalnız gündəlik işlək yollardan istifadə edin!
• Yolda və ya cığırda olan maneələrdən ehtiyatlı olun!
• Naməlum əşyalara toxunmayın!
• Özünüzü, ailənizi, yaxınlarınızı düşünün!

Xatırladaq ki, bu gün Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina partlayışı hadisəsi baş verib. Nəticədə "Qazel" markalı maşının sürücüsü - 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub, "Kamaz" tipli yük maşınının sürücüsü - 2000-ci il təvəllüdlü Bayramov Namaz Nəbadi oğlu xəsarət alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026