“Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzi idarəçilik qaydaları əleyhinə olan inzibati xəta törətdiyinə görə cərimələnib.
Bakıvaxtı.az xəbər verir ki, “Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzi barədə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddə əsasında protokol tərtib olunaraq iş Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Məcəllənin 528.1-ci maddəsində bildirilib ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
İnzibati xətalar haqqında iş Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyilə araşdırılacaq.
Mətbuatda yayılan məlumat görə, “Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzi Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin keçmiş sədri Akim Bədəlova məxsusdur.
İbRa









jpg-1694599137.webp)






