Müğənni Aynur Dadaşova canlı efirdə açıqlaması ilə gündəmə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, müğənni ona və ailəsinə qarşı yayılan dedi-qodulardan təngə gələrək üsyan edib.
"Həmişə eşidirəm. Qulağıma çatır. Orda-burda ailəmlə bağlı çox şey danışırlar.
Hər evdə bir nəfərə Allah ruzi yetirir. İndi bizdə də bu iş mənə düşür. İki uşaq saxlayıram. Anamdı, mənəm ailəyik. Çox şey yazırlar, danışırlar bezmişəm. Burdan onlara səslənirəm ki, bəsdirin. Mənə dəyməyin. 34 ildir bu sənətdəyəm başı aşağı bir parça çörəyimi qazanıram",-deyə bildirib.
Müğənni əlavə edib ki, günah tamaşaçıda deyil, başqaları istəmir ki, adam bir addım qabağa getsin: "Ortada həmişə bir çömçə olur. O aranı qarışdırır. Biri bir addım qabağa gedəndə düşünürlər ki, görəsən necə edək onu gözdən salaq. Kimləsə nə işiniz var. Qoyun rahat pulunu qazansın. Bir az qabağa gedən kimi başlayırlar paxıllığa".
Xəyalə Rza
















