• Bakı 23° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Hemofiliyanın müalicəsinə nə zaman başlanılır? 

CƏMİYYƏT

17 Aprel 2024 | 15:20

Hemofiliyanın müalicəsinə nə zaman başlanılır? 

“Bir çox halda hemofiliya yenidoğulmuşların sünnəti nəticəsində uzanan qanama səbəbi ilə təsadüfən rast gəlir və ya bir az daha yuxarı yaş qrupunda iməkləmə və hərəkət zamanı hematom və hemartrozlar, yəni oynaq içinə, əzələ içinə qanamaların olması ilə müayinələrə başlanılır”. 

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında nazirliyin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova açıqlayıb. 

Şəhla Şabanova qeyd edib ki, adətən Aptz deyilən dəyər normada yüksək olması izlənilir, bu halda APTZ qarışım testindən istifadə edilir:

“Aptz qarışım testi hemofiliya şübhəsi olan xəstənin plazması ilə sağlam insanın plazması qarışdırılır, əgər Aptz dəyəri 50%-dən çox düzələrsə, faktor çatışmazlığı təxmin edilir. Bu halda laborator analiz, eləcə də klinik təzahür serumda faktor səviyyəsini yoxlatmağa yetərli olur”. 

Hematoloq qeyd edib ki, hemofiliya A zamanı faktor 8, Hemofiliya B zamanı Faktor 9 çatışmazlığı müşahidə edilir.

Günəş Mərd  


SON XƏBƏRLƏR

29 Aprel 2024