• Bakı 21° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Hər beş nəfərdən biri bu xəstəlikdən əziyyət çəkir 

CƏMİYYƏT

08 Dekabr 2022 | 16:29

Hər beş nəfərdən biri bu xəstəlikdən əziyyət çəkir

"Azərbaycanda da artıq çəki kifayət qədər ciddi problemə çevrilir və bu, bir çox xəstəliklərin yaranmasına səbəb olur. Artıq çəki bir çox xəstəliklərə səbəb olur. Ölkədə 2 milyona yaxın insan bundan əziyyət çəkir ki, bu da əhalinin 20 %-ni təşkil edir (hər beş nəfərdən biri)".

Bakıvaxtı.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Sağlam çəkiyə doğru" layihəsinin təqdimatında çıxışı zamanı deyib.

O xatırladıb ki, əgər 2020-ci ildə ölkədə şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin sayı 250 min idisə, ötən il bu rəqəm 310 minə yaxınlaşıb:

"Nəzərə almaq lazımdır ki, bu say hələ qeydiyyatda olan xəstələrin sayıdır. Artıq çəkinin qarşısını almaq mümkündür".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026