• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bank qohumunun borcuna görə vətəndaşı təhdid edib?

CƏMİYYƏT

07 Yanvar 2023 | 13:59

Bank qohumunun borcuna görə vətəndaşı təhdid edib?

Vətəndaş “Unibank” “Unibank” Kommersiya Bankı” ASC-dən şikayətçidir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İslam Şıxəli sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, özünü bankın əməkdaşı kimi təqdim edən şəxs onu təhqir və təhdid edib: “Unibank”ın əməkdaşlarınızdan biri (özünü Vuqar Hüseynli kimi təqdim edir) bayaq heç bir əlaqəm olmayan bir qohumun kreditinə görə ev telefonumuza zəng edərək küçə jarqonuyla, oğru aləmi dili ilə danışıb qohumumuzla əlaqə saxlamağımızı tələb etdi. İzah etdim ki, həmin qohumla heç bir əlaqəmiz yoxdur, onun kreditinə görə biz cavabdeh deyilik, ona görə də narahat etməyin. Keçir təhqir və təhdidlə danışmağa. Sizə kim ixtiyar verir ki, müştəriniz olmayan vətəndaşı bu cür narahat edirsiz? Siz özünüzü nə hesab edirsiz?”

Vətəndaş məsələ ilə bağlı hüquq mühafizə orqanına müraciət edərək həmin şəxsin tapılıb hüquqi məsuliyyətə cəlb olunmasını xaiş edib.

Məsələ ilə bağlı bankın mətbuat xidmətinə informasiya sorğusu vastiləsilə müraciət edilib. 

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026