• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir?

CƏMİYYƏT

06 Fevral 2023 | 13:22 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir?

Azərbaycanda güclü dağıdıcı zəlzələ gözlənilmir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuat konfransında bildirib.

Yanvarın 28-də İranda da zəlzələ baş verdiyini xatırladan Q.Yetirmişli qeyd edib ki, məsafə etibarilə 92-98 kilometr aralıqda yerləşdiyi üçün Xoydakı zəlzələ Naxçıvanda da hiss olunmuşdu.

"İndi Türkiyədə baş verən zəlzələ ərazisi Azərbaycandan 700 kilometr aralıqda yerləşdiyi üçün dalğa ölkəmizə qədər gəlib çatmadı".

Baş direktor Azərbaycanda güclü dağıdıcı zəlzələ gözlənilmədiyini də vurğulayıb.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026