• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Qalmaqallı şirkətdən dövlət müəssisəsinə qarşı İDDİA

CƏMİYYƏT

08 Mart 2023 | 09:52

Qalmaqallı şirkətdən dövlət müəssisəsinə qarşı İDDİA

Müxtəlif dövlət qurumlarından keçirdiyi tenderlərdə milyonlar udan və adı mediada müxtəlif qalmaqallarda hallanan “GMC Group" MMC Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Qax Suvarma Sistemləri İdarəsini məhkəməyə verib. 

Bakıvaxtı.az xəbər verir ki, iddia podrat müqaviləsindən yaranmış mübahisələr üzrə qaldırılıb.

İşə Şəki Kommersiya Məhkəməsində baxılır. İddia hakim Rüfət Məcidovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, “Grand Motors” MMC rəsmi sənədlərdə adını dəyişdirərək “GMC Group” MMC edib. Ancaq, adını rəsmi şəkildə dəyişsə də şirkət hazırda yenə də “Grand Motors” olaraq fəaliyyət göstərir.

“Grand Motors” MMC 2005-ci ilin sentyabr ayında təsis edilib. Azərbaycan bazarının tikinti, kənd təsərrüfatı, istirahət və əyləncə sektorunu hədəf götürən şirkət ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR