• Bakı 12° C

    0.76 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Temperatur 5-8 dərəcə düşəcək - XƏBƏRDARLIQ

CƏMİYYƏT

06 Fevral 2023 | 13:14 | Müəllif: Qalib İbrahimoğlu

Temperatur 5-8 dərəcə düşəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında fevralın 7-si günün ikinci yarısından 10-dək güclü şimal-qərb küləyi əsəcək. Fevralın 10-da külək mülayimləşəcək.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Verilən məlumata görə, fevralın 8-də havanın tutqun, axşama doğru yağıntılı olacağı, gecə sulu qara keçəcəyi, 9-da fasilələrlə sulu qar, qar yağacağı gözlənilir.

    Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcəyi, 9-10-da gecə və səhər saatlarında 1-3° şaxta olacağı gözlənilir.

    Fevralın 7-də gecə saatlarından başlayaraq respublikanın əvvəlcə qərb rayonlarında, günün ikinci yarısında şimal rayonlarında, 8-dən isə əksər rayonlarda yağıntılı olacağı, fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda yağıntıların intensivləşəcəyi ehtimalı var. Fevralın 10-da yağıntılar tədricən zəifləyəcək.

    Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək.

    Fevralın 11-dək yollar buz bağlayacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    10 Noyabr 2026