• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyədə baş verən zəlzələ Azərbaycanda da hiss edilib

CƏMİYYƏT

06 Fevral 2023 | 13:15 | Müəllif: Qalib İbrahimoğlu

Türkiyədə baş verən zəlzələ Azərbaycanda da hiss edilib

Türkiyədə baş verən zəlzələdə 280-dən çox ölən var və 1760-dan çox bina dağılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda tək-tük insanlar tərəfindən Lənkəran, Naxçıvan tərəfdə zəlzələni hiss edən olub.

"Bizə çatana qədər zəlzələ dalğası sönmüş olub", - deyə Qurban Yetirmişli əlavə edib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026