• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Heydər Əliyev Azərbaycan dövləti­nin kadr potensialını yaradırdı” - Əli Nağıyev

CƏMİYYƏT

10 May 2023 | 09:20

“Heydər Əliyev Azərbaycan dövləti­nin kadr potensialını yaradırdı” - Əli Nağıyev

Heydər Əliyev gələcək müstəqil Azərbaycan dövləti­nin kadr potensialını yaradırdı.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev “Xalq qəzeti”ndə dərc edilmiş müsahibəsində deyib.

“Qeyd etməliyəm ki, ulu öndərin 1950-ci illərin əvvəllərindən təhlükə­sizlik orqanlarının milliləşdirilməsi is­tiqamətində göstərdiyi səylər Əks-kəş­fiyyat şöbəsinin rəisi kimi məsul bir vəzifəyə təyin olunduqdan sonra daha geniş vüsət aldı. Təsadüfi deyil ki, 50-ci illərin sonlarından başlayaraq 60-cı, 70-ci illəri Heydər Əliyevin birbaşa rəhbərliyi və sonralar da onun himayə­si altında təhlükəsizlik orqanlarının in­tibah dövrü adlandırırıq. Heydər Əliyev 2-ci şöbənin rəisi təyin olunduqdan sonra təhlükəsizlik orqanlarına qəbul olunmuş azərbaycanlı kadrların sayı­nın durmadan artması, onun diqqət və qayğısı ilə bu sahədə yeni gənc nəslin yetişməsi, təbii ki, bu qurumun fəa­liyyətinə müsbət təsirini göstərməklə yanaşı, ulu öndərin respublikaya rəh­bərliyi və SSRİ Nazirlər Soveti sədri­nin birinci müavini olduğu vaxtlarda da təhlükəsizlik orqanlarının fəaliyyətinin səmərəli qurulmasını şərtləndirmişdir. Bunu sadəcə belə ifadə etmək olar ki, Heydər Əliyev bu addımı ilə, sanki, gələcək müstəqil Azərbaycan dövləti­nin kadr potensialını yaradırdı”, - DTX rəisi müsahibəsində bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026