• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bu yollarda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə 

CƏMİYYƏT

08 Iyun 2023 | 19:48 | Müəllif: Subhan Mahmudov

Bu yollarda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə

İyun 8-dən 18-dək gündüz saat 10:00-17:00, gecə saat 23:00-05:00 aralığında Zağulba prospekti, Mərdəkan şosesi, Heydər Əliyev prospekti və Yusif Səfərov küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb üfüqi nişanlanma xətlərinin rənglənməsi işlərinin aparılmasıdır.

Qeyd edilib ki, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə həmin işlər aidiyyəti qurumlarla birgə razılaşdırılmış şəkildə icra olunacaq.

Agentlik sürücülərə qeyd olunan tarixlərdə sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026