• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şəmkirdə məsul şəxs cərimələndi

CƏMİYYƏT

08 Iyul 2023 | 15:46

Şəmkirdə məsul şəxs cərimələndi

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyulun 5-də Şəmkir rayonu ərazisində keçirdikləri tədbirlər zamanı məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi və çirkab suların torpağa axıdılması faktlar aşkar olunub.

DİN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) və 262.2.3-cü maddəsinin (içməli, məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə) tələblərini pozduqlarına görə Şəmkir şəhər Mənzil İstismar Kontorunun məsul şəxsi və rayon sakini olan 2 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026