• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Sülhməramlılar ermənilərin bu tələbindən imtina etdi

CƏMİYYƏT

07 Avqust 2023 | 15:41

Sülhməramlılar ermənilərin bu tələbindən imtina etdi

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin komandanlığı bölgədəki ermənilərin Həkəri körpüsünə doğru avtoyürüşünü müşayiət etməkdən imtina edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Aysor” portalı yayıb. 

Komandanlığın məlumatına görə, 2020-ci il 9 noyabr üçtərəfli bəyanatının müddəalarına uyğun olaraq, rusiyalı sülhməramlı kontingenti tərəfindən avtoyürüşlərdə avtomobil karvanı tərkibində nəqliyyat vasitələrinin müşayiət edilməsi, eləcə də müxtəlif aksiya və mitinqlərin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulmayıb. 

Sülhməramlı kontingentin bu cavabı erməni sakinlərin narazılığına səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026