Dünyada 50 yaşdan aşağı insanlarda xərçəng xəstəliyinə tutulma halları son 30 ildə, təxminən, 80% artıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu, elmi araşdırma nəticəsində məlum olub.
Məlumata görə, erkən başlayan (50 yaşdan aşağı) xərçəngin qlobal sayı 1990-cı ildə 1,82 milyondan 2019-cu ildə 79% artaraq 3,26 milyona yüksəlib. Bu dövrdə 40, 30 və daha gənc yaşlılar arasında xərçəng ölümləri 27% artıb.
2019-cu ildə 50 yaşa qədər 1,06 milyon insan xərçəngdən ölüb; bu, 1990-cı illə müqayisədə 27% artım kimi qeydə alınıb.
Mütəxəssislər xəstəliyin artmasının səbəblərini müəyyən etmək üçün "erkən mərhələdə"dirlər, lakin nəticələri BMJ Oncology jurnalında dərc olunan araşdırmaya görə, düzgün olmayan qidalanma, alkoqol və tütün istifadəsi, həmçinin hərəkətsizlik və piylənmə səbəb ola biləcək amillərdəndir.
"Sağlam pəhrizin təşviqi, tütün və alkoqol istehlakının məhdudlaşdırılması, sağlam həyat tərzinin təşviqi, o cümlədən müvafiq açıq hava fəaliyyəti erkən başlanğıc xərçəng yükünü azalda bilər", - tədqiqat hesabatında deyilir.
Ay Tac















