• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı müraciət dinləniləcək

CƏMİYYƏT

06 Oktyabr 2023 | 14:43

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı müraciət dinləniləcək

Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Ermənistanın müraciəti üzrə dinləmələr keçirəcək.

Bakıvaxtı.az BƏM-ə istinadən xəbər verir ki, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyaya uyğun olaraq (Ermənistan Azərbaycana qarşı) 12 oktyabr 2023-cü ildə Məhkəmənin yerləşdiyi Haaqadakı Sülh Sarayında dinləmələr baş tutacaq.

Dinləmələr Ermənistanın müvəqqəti tədbirlərin görülməsi ilə bağlı müraciətinə həsr olunacaq.

Hər iki tərəf öz şifahi arqumentlərini təqdim edəcək.

Qeyd edək ki, Ermənistan bununla bağlı 28 sentyabr tarixində BƏM-ə müraciət edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026