• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Həyəcan siqnalı verildi: Siciliyada Avropa istilik rekordu

CƏMİYYƏT

12 Avqust 2021 | 17:13

Həyəcan siqnalı verildi: Siciliyada Avropa istilik rekordu

 İtaliyanın Siciliya adasında səlahiyyətlilər dünən hava istiliyinin bir müddət 48.8 dərəcəyə yüksəldiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Dünya Meteorologiya Təşkilatı (WMO) bunu hələ təsdiqləməsə də, bu, Avropada qeydə alınan ən yüksək temperatur ola bilər.

WMO -ya görə, Avropada indiyə qədər görülmüş ən yüksək temperatur 1977 -ci ildə Yunanıstanın paytaxtı Afinada qeydə alınmış 48 dərəcədir

İtaliyada son istilik dalğası Afrikadan gələn Lucifer adlı yüksək təzyiq sistemindən qaynaqlanıb. Termometrlər 48.8 göstərib.

Luciferin paytaxt Roma da daxil olmaqla böyük şəhərlərdə temperaturu daha da artıraraq İtaliya materikinə doğru irəliləməsi gözlənilir.

İtaliya Səhiyyə Nazirliyi, bəzi bölgələrdə son dərəcə isti hava səbəbiylə qırmızı xəbərdarlıq siqnalı verib və sağlamlıq riski ən yüksək olan şəhərlərin sayının Cümə günü 8 -dən 15 -ə yüksələcəyini açıqlayıb.

Aralıq dənizinin bəzi ölkələrində onilliklərdir görülməyən temperaturların qeydə alınması, bir çox digər ölkələrdə olduğu kimi İtaliyada da meşə yanğınlarına səbəb oldu.

Ölkənin cənubundakı Siciliya, Calabria və Puglia yanğınlarından ən çox zərər görən yer oldu.

Yanğınsöndürənlər, 12 saat ərzində Siciliya və Kalabriyada 300-dən çox yanğına müdaxilə edib.

Yanğınlar nəticəsində Calabria və Siciliyada iki nəfər ölüb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026