• Bakı 23° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Hikmət Hacıyev: İlham Əliyev medianın rolunu daim yüksək qiymətləndirib

SİYASƏT

21 Iyul 2024 | 12:32

Hikmət Hacıyev: İlham Əliyev medianın rolunu daim yüksək qiymətləndirib

Azərbaycan Prezidenti İlham Əliyev dezinformasiya hücumlarının qabaqlanmasında peşəkar medianın rolunu həmişə yüksək qiymətləndirib.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev II Qlobal Media Forumunda çıxış edərkən deyib.

“Qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək hallarından bəhs edərkən Azərbaycan Prezidenti İlham Əliyev kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətin operativ və düzgün məlumatlandırılmasında peşəkar medianın böyük rolunu həmişə yüksək qiymətləndirib”, – Hikmət Hacıyev vurğulayıb.

Onun sözlərinə görə, ölkənin media resursları “Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini media etikasının prinsiplərinə söykənərək yorulmadan davam etdirməkdədirlər”.


SON XƏBƏRLƏR

30 Iyun 2025