• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Seçkilərlə bağlı problemli nüansa rast gəlinməyib" -  Zaur İbrahimli

SİYASƏT

20 Avqust 2024 | 11:12 | Müəllif: Qalib İbrahimoğlu

"Seçkilərlə bağlı problemli nüansa rast gəlinməyib" - Zaur İbrahimli

"Seçkilərə hazırlıq prosesi çox şəffaf formada təşkil edilir. Vətəndaş cəmiyyətinin seçkiqabağı tədbirlərə iştirakı yüksək səviyyədədir. Seçkilər barədə vətəndaşlarımız məlumatlandırılıb".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri "Vətəndaş Cəmiyyəti Uğrunda" Seçki Müşahidə Koalisiyasının həmsədri Zaur İbrahimli media nümayəndələrinə açıqlamasında bildirib.

O qeyd edib ki, təbliğat-təşviqat prosesində heç bir mənfi hala rast gəlinməyib:

"Biz təşviqat prosesinə yaxından nəzarət edirik. Heç bir görüşdə, tədbirdə müdaxilə haqqında fakt qeydə alınmayıb. Kütləvi aksiyalar üçün yetəri qədər yer ayrılıb".

Z.İbrahimli qeyd edib ki, seçki marafonuna qoşulan hər kəs öz hüquqlarını qorumaqla bağlı problemlə üzləşmir.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026