• Bakı 15° C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 1.9274

    RUB - 2.0529

Hindistan aviasiyası tam döyüş hazırlığına gətirildi

DÜNYA

05 May 2025 | 21:43

Hindistan aviasiyası tam döyüş hazırlığına gətirildi

Hindistan Hərbi Hava Qüvvələrinin Pakistanla sərhəd yaxınlığında yerləşən bölmələri döyüş hazırlığı vəziyyətinə gətirilib. Xüsusilə, Racastan və Pəncabdakı hərbi bazalarda yerləşən döyüş təyyarələri tam hərbi hazırlıq vəziyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Tayms of İndia” məlumat yayıb.

Bildirilib ki, Fransadan alınmış və 300 km-ə qədər uçuş məsafəsinə malik “Scalp” yer-hava qanadlı raketləri ilə silahlanmış “Rafale” qırıcıları da hərbi tapşırıqların yerinə yetirilməsinə cəlb oluna bilər.

Qeyd edək ki, 22 apreldə Cammu və Kəşmirdə turistlərin atəşə tutulmasından sonra Hindistan-Pakistan münasibətləri gərginləşib.


SON XƏBƏRLƏR

05 May 2025