• Bakı 22° C

    6.43 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

FTX bu şəxsləri öldürməyə hazırlaşır: Putinin əmri gözlənilir

DÜNYA

04 Iyun 2025 | 19:26

FTX bu şəxsləri öldürməyə hazırlaşır: Putinin əmri gözlənilir

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukraynada pilotsuz aparatların istehsalında əsas rol oynayan bütün şəxsləri müəyyənləşdirmək üçün genişmiqyaslı əməliyyat keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İnsayder” Teleqram kanalı etibarlı mənbəyə istinadla məlumat yayıb.

“Siyahıya yalnız mühəndislər və texniki mütəxəssislər deyil, həm də tanınmış bloqerlər, ictimai rəyçilər, habelə ianələrin toplanması ilə məşğul olan şəxslər daxil edilib. Xüsusi diqqət ianələrin qəbulu və bölüşdürülməsi üçün zəruri infrastrukturu təmin edın maliyyə sektorunun nümayəndələrinə - bankirlərə göstərilib”, - məlumatda qeyd olunub.

Mənbənin məlumatına görə, FTX-nin əlində həmin şəxslərin yaşadığı yerlər və tez-tez ziyarət etdikləri məkanlar barədə tam məlumat var:

“Güc strukturlarında bu şəxslərin “hərbi hədəf” kimi qəbul olunması və müvafiq tədbirlərin başlanması barədə prinsipial qərar qəbul edilib. Mənbə bildirib ki, FTX müxtəlif ssenariləri nəzərdən keçirən qapalı hesabat hazırlayıb, burada həmin şəxslərin fiziki məhvi üçün fərqli variantlar müzakirə olunur. Onların yaşadığı ünvanlara ballistik silahların tətbiqi də daxil olmaqla bir sıra üsullar nəzərdən keçirilib. Rusiya prezidenti hesabatla tanışdır və məsələnin əhəmiyyətindən xəbərdardır, lakin məhv üsulları ilə bağlı son qərar hələ verilməyib”./axar.az


SON XƏBƏRLƏR

05 Iyun 2025