Ən güclü və etibarlı 10 avtomobilin adı açıqlanıb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, 2022 Chevrolet Corvette siyahıya başçılıq edir. Mütəxəssislər onun etibarlılığını 100 mümkün baldan 93 balla qiymətləndiriblər.
2020 Chevrolet Camaro etibarlılıq reytinqi 100 baldan 88 ilə ikinci yerdə qərarlaşıb. İlk üçlüyü Ford Mustang GT tamamlayıb. Onun etibarlılıq reytinqi 100-dən 87-dir.
Sonrakı yerlərdə isə 2014 Hyundai Genesis Coupe, 2010 Mazda MX-5 Miata, 2016 Dodge Challenger, 2020 Subaru WRX, 2007 Porsche 911, 2008 Nissan 350Z və 2024 Acura Integra Type S var.
Mina Mikayılova