ABŞ Prezidenti Donald Tramp deyib ki, “Şimal axını 2” qaz kəmərinə məhz o, son qoyub.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu o, Ağ evdə Almaniyanın yeni kansleri Fridrix Mertslə ilk görüşü zamanı deyib.
Tramp əlavə edib ki, ilk prezidentlik müddətinin sonunda onu ABŞ-nin keçmiş lideri Cozef Bayden əvəz edəndə sələfinin hərəkətlərini dərhal bəyənib.
"Bu, əslində, Almaniyaya və digər ölkələrə gedən dünyanın ən böyük boru kəməridir. Bizim o qədər neft və qazımız var ki, siz (Almaniya – red.) onların hamısını ala bilməyəcəksiniz", – siyasətçi davam edib.