• Bakı 21° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Ağdamda müəllim bıçaqlandı

CƏMİYYƏT

05 Iyun 2025 | 19:17

Ağdamda müəllim bıçaqlandı

Ağdamda bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Zəngişalı kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il təvəlüdlü Əsəd Nərimanov həmyerlisi ilə aralarında yaranmış mübahisə zəminində bıçaq xəsarətləri alıb.

    Xəsarət alan şəxs Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra paytaxtda yerləşən xəstəxanalardan birinə göndərilib.

    Yaralanan Əsəd Nərimanov Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyir.

    Hadisəni törətməkdə şübhəli bilinən Vasif Səfərov polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

    Faktla bağlı araşdırma gedir.


    SON XƏBƏRLƏR