Sel sularının yaratdığı fəsadlar Bakı-Şamaxı-Yevlax yolunda avtomobillərin hərəkətini çətinləşdirib.
Bakıvaxtı.az xəbər verir ki, Qobustan dağlarında başlayan leysan bir neçə saat ərzində güclü selə çevrilib.
Selin gətirdiyi daş və torpaq kütləsi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 78-ci kilometrində hərəkəti çətinləşdirib. Təmizləyici qurğular selin ağırlığına tab gətirməyib, nəticədə yağış suları yolun hərəkət hissəsinə yayılıb, yolda torpaq və çınqıl qatı əmələ gəlib.
Hazırda yolda vəziyyət nisbətən sabitləşsə də, yağıntılı hava şəraitinin yeni fəsadlara səbəb olacağı istisna edilmir.