Diyarbakırın Kayapınar rayonunda 13 mərtəbəli yaşayış binasında yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, 2-si uşaq olmaqla 3 nəfər dünyasını dəyişib. 38 nəfər binadan təxliyə olunub.
Pilləkənləri bürüyən alovdan yüksələn tüstüdən bəzi vətəndaşlar mənzildə sıxılmış vəziyyətdə qalıb. Xəbərdarlıq üzərinə ünvana çox sayda xilasetmə, 112 Təcili Sağlamlıq və polis qrupları sövq edilib. Yanğının səbəbləri bilinmir.