• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Hindistan şirkəti Azərbaycana 700 milyon dollarlıq avadanlıq satacaq

İQTİSADİYYAT

01 Yanvar 2022 | 12:55

Hindistan şirkəti Azərbaycana 700 milyon dollarlıq avadanlıq satacaq

Hindistanın “Ram Charan Co Pvt. Ltd” şirkəti Azərbaycana tullantıların emalı üçün avadanlıqların təchizatına dair yerli şirkətlərdən biri ilə müqavilə bağlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “Manufacturing Today” nəşri yayıb.

Məlumata görə, müqavilənin dəyəri 700 milyon dollar olaraq qiymətləndirilir. 

Müqaviləyə əsasən, şirkət 2022-ci ilin dekabrından etibarən Bakı ətrafında sənaye rayonlarında tullantıların emalı üzrə avadanlıqların təchizatını və quraşdırılmasını həyata keçirəcək. 

Bildirilir ki, “Ram Charan” şirkəti Azərbaycanın sənaye rayonlarında sənaye tullantılarının idarə edilməsinə və bu sənaye sahələrinə əhəmiyyətli miqdarda enerjinin qaytarılmasına kömək etmək məqsədilə sözügedən yüksək keyfiyyətli avadanlıqları quraşdıracaq. Quraşdırılan bu avadanlıqların ilkin mərhələdə 200 MVt-a qədər elektrik enerjisi hasil edəcəyi gözlənilir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026