Böyük Britaniyanın Sasseks Unversitetinin alimləri yeni tədqiqatlarının nəticələrini təqdim ediblər.
Bakıvaxtı.az xəbər verir ki, alimlər aparılmış tədqiqat çərçivəsində bitcoinin hack (bitcoin açarının) edilməsi üçün hansı kvant kompüterinin lazım olduğunu təyin etməyə çalışıblar. Məlum olub ki, bitcoini hack etmək üçün mövcud olan kvant kompüterlərindən milyon dəfə daha irimiqyaslı kompüter lazımdır. Bitcoin şəbəkəsinin təhlükəsizliyi SHA-256 adlı kriptoqrafik alqoritm vasitəsilə təmin edilir. Sözügedən alqoritm ABŞ Milli Təhlükəsizlik Agentliyi tərəfindən yaradılıb (technote.az). Bu qorunma üsulu çox sadə ideyaya əsaslanır. İdeya isə ondan ibarətdir ki, müasir kompüterlər həmin alqoritmi tez bir zamanda hack edə bilməzlər.
Buna görə də bu məsələdə kvant kompüterlərii daha çox şansa sahibdirlər. Sasseks Universitetinin alimləri bitcoinin hack edilməsi üçün hansı sayda kubitin (kvant kompüterində ən kiçik informasiya vahidi) lazım olduğunu təyin etməyə çalışıblar. Bitcoinin hər bir tranzaksiyası şəbəkədə olan maynerlər tərəfindən təsdiqlənir. Təsdiqdən sonra isə tranzaksiya blockchain-ə (rəqəmsal aktivlərin mülkiyyət reyestri) əlavə edilir. Təsdiq prosesi zamanı hər bir tranzaksiyaya kriptoqrafik açar təyin edilir. Məhz həmin kriptoqrafik açarın hack edilməsi sayəsində bu və ya digər hacker müəyyən sayda bitcoinə sahib ola bilər.
















