• Bakı 25° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Hindistan və Banqladeş arasında ticarət tamamilə dayandırıldı

DÜNYA

07 Avqust 2024 | 19:35

Hindistan və Banqladeş arasında ticarət tamamilə dayandırıldı

Hindistan və Banqladeş arasında ticarət siyasi böhran fonunda avqustun 5-də tamamilə dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a Hindistan İxrac Təşkilatları Federasiyasının (FIEO) prezidenti Aşvani Kumar bildirib.

O qeyd edib ki, son 15 gün ərzində sənayedə təcrid olunmuş fasilələr müşahidə olunub. Bununla belə, Banqladeşdəki tərəfdaşlar bir həftə ərzində fəaliyyətini bərpa etməyə ümid edirlər. Onun sözlərinə görə, əks halda, uzun müddət davam edən fasilələr səbəbindən tez xarab olan məhsulların ixracı zərər görə bilər.

Kumar xatırladıb ki, 2023-2024-cü illərdə Hindistanın Banqladeşə ixracı 11 milyard dollar təşkil edib.


SON XƏBƏRLƏR

09 Sentyabr 2024