• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya İrandan ballistik raketlər alacaq

DÜNYA

06 Sentyabr 2024 | 18:13 | Müəllif: Subhan Mahmudov

Rusiya İrandan ballistik raketlər alacaq

Rusiya ötən ilin dekabrında bağlanmış müqavilə çərçivəsində yaxın vaxtlarda İrandan iki növ ballistik raket partiyası ala bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RBC-Ukraine” “Sky News” telekanalına istinadən məlumat yayıb.

“Hər iki tərəf silah üçün mübarizə aparır, Rusiya daxili istehsalını artırsa da, İran və Şimali Koreyadan silah tədarükünə ehtiyacı var”, - hərbi analitik Şon Bell bildirib.

Onun sözlərinə görə, İranın Rusiyaya ballistik raketlər verməsi qaçılmaz görünür. Bunlar iki növ qısamənzilli ballistik raketlər olacaq.

Analitik qeyd edib ki, son həftələrdə Rusiya hərbçiləri İranda təlim keçib. Bu təlimin təfərrüatları məlum olmasa da, silahların tezliklə tədarük ediləcəyindən xəbər verir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026