• Bakı 20° C

    7.12 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə bağlı xəbərləri təkzib etdi

DÜNYA

06 Oktyabr 2024 | 17:10

Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə bağlı xəbərləri təkzib etdi

Hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımayacaq.

Bakıvxtı.az xəbər verir ki, bunu partiyanın icraçı katibi Mamuka Mdinaradze müvafiq şayiələrə münasibət bildirərkən deyib.

“Agentlər antimilli söz-söhbətlərlə seçkilərə təsir göstərməyə çalışırlar ki, “Gürcü arzusu” Abxaziyanın və qondarma Cənubi Osetiyanın müstəqilliyini tanımaqla və ölkənin konfederal strukturuna keçməklə ölkəni birləşdirəcək”, - deyə o, Feysbukda yazıb.

“Heç bir tanınma və ya oxşar antimilli məsələlər nəzərdən keçirilmir, o cümlədən konfederasiyaya razılıq, bu da işğal olunmuş ərazilərin tanınması deməkdir”, Mdinaradze qeyd edib.


SON XƏBƏRLƏR

05 Oktyabr 2024