• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Litva Rusiyanın hərbi təyinatlı yüklərini ələ keçirdi

DÜNYA

06 Oktyabr 2024 | 15:00 | Müəllif: Subhan Mahmudov

Litva Rusiyanın hərbi təyinatlı yüklərini ələ keçirdi

Litva gömrüyü Rusiya ordusu üçün nəzərdə tutulan hərbi təyinatlı yükləri ələ keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə LRT telekanalı məlumat yayıb.

Məlumata görə, Kaunas ərazi gömrüyünün əməkdaşları Kalininqraddan Moskvaya gedən sərnişin qatarlarında 4 hərbi təyinatlı yük aşkarlayıblar.

Bundan başqa, sentyabrın 27-si, 29-u və 30-da Kalininqraddan hərəkət edən qatarda topları gizlətmək üçün kamuflyaj torları aşkar edilib.

Litva gömrüyünün məlumatına görə, bu cür yüklər adətən Rusiyanın Kalininqrad vilayətində fəaliyyət göstərən müxtəlif ictimai təşkilatların üzvləri tərəfindən göndərilir.

Litva gömrüyü müsadirə edilən məhsulları yardım kimi Ukraynaya göndərəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026