• Bakı C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8488

    RUB - 0.0172

Ermənistan sakinlərinin 60%-i Paşinyanın fəaliyyətindən narazıdır

DÜNYA

05 Noyabr 2024 | 14:56

Ermənistan sakinlərinin 60%-i Paşinyanın fəaliyyətindən narazıdır

Ermənistan vətəndaşlarının təxminən 60%-i baş nazir Nikol Paşinyanın işini bəyənmir.

Bakıvaxtı.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu “MPG/Gallup International Аssociation”ın oktyabrın 24-dən 30-dək keçirdiyi sorğunun nəticələri sübut edir.

Sorğuda iştirak edən 1100 respondentdən 14,1%-i baş nazirin işindən "birmənalı razı", 20,4%-i "demək olar ki, razı”, 16,1%-i "demək olar ki, narazı olduğunu", 41,5%-i isə "birmənalıq olaraq bəyənmədiyini" bildirib.

Vətəndaşların yarıdan çoxu həmçinin prezidentin, hökumətin və parlamentin işini mənfi qiymətləndirib. Parlament və prezidentin fəaliyyətini tam müsbət qiymətləndirənlər yalnız 8,6% təşkil edib.


SON XƏBƏRLƏR

05 Noyabr 2024