"Rusiya üçün ABŞ prezident seçkilərində kimin qalib gəlməsinin əhəmiyyəti yoxdur. Çünki Vaşinqton bu və ya digər şəkildə Moskva ilə qarşıdurmaya üstünlük verir".
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Amerikanın siyasəti dəyişərsə və yeni təkliflər ortaya çıxarsa, Rusiya öz maraqlarını nəzərə alaraq onları öyrənməyə hazırdır:
"ABŞ-də ölkəmizlə qarşıdurma ilə bağlı ikitərəfli konsensusun olduğunu nəzərə alsaq, Rusiya bu seçkilərin necə başa çatacağı ilə maraqlanmır. İstənilən halda Rusiya öz maraqlarını, xüsusən də milli təhlükəsizlik məsələlərində qətiyyətlə müdafiə edəcək".
Qeyd edək ki, bu gün ABŞ-də prezident seçkiləri başlayıb.
Gülşən Şərif