Malta Respublikasının paytaxtı Valettada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (ATƏT Xarici İşlər Nazirləri Şurasının) iclası başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, ikigünlük iclas çərçivəsində ATƏT-ə üzv 57 ölkənin xarici işlər nazirləri Avro-Atlantik və Avrasiya məkanında təhlükəsizlik vəziyyətini müzakirə edəcək və qiymətləndirəcəklər.
Qeyd edək ki, iclasda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.
***
11:32
Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ATƏT-in saytında məlumat verilib.
Məlumata görə, bu gün və sabah 57 iştirakçı dövlətin nümayəndələri regionda təhlükəsizliyin gələcəyini müzakirə edəcəklər.
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da tədbirdə iştirak edir.