İsrail Müdafiə Qüvvələri (İDF) ölkəsinin endirdiyi zərbələrə cavab olaraq, İranın mümkün hücumunu dəf etmək üçün ordunun hazırlığını artırmaqda davam edir.
Bakıvaxtı.az "Sabah"a istinadən xəbər verir ki, hazırlıq çərçivəsində İDF Baş Qərargahının bütün bölmələrində, o cümlədən Logistika Komandanlığında vəziyyətin gündəlik qiymətləndirilməsi aparılır.
İsrail Hərbi Hava Qüvvələri müşahidə və hava hücumundan müdafiə sistemlərinə xüsusi diqqət yetirərək yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisinin müavini Əmir Baram bildirib ki, ölkə müxtəlif ssenarilərə hazırlaşmaq üçün ABŞ Mərkəzi Komandanlığı ilə əməkdaşlığı artırıb.
Gülşən Şərif