• Bakı C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8488

    RUB - 0.0172

ABŞ-də seçki mübarizəsi: Trampa daha çox səs veriləcək, amma…

SİYASƏT

05 Noyabr 2024 | 15:09

ABŞ-də seçki mübarizəsi: Trampa daha çox səs veriləcək, amma…

Bu gün ABŞ-də 60-cı prezident seçkisi keçirilir.

Bakıvaxtı.az xatırladır ki, prezident postu uğrunda Demokratlar Partiyasının namizədi, vitse-prezident Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi, ABŞ-nin keçmiş prezidenti Donald Tramp mübarizə aparır. Prezidentlə birlikdə, həmçinin ABŞ-nin vitse-prezidenti də seçiləcək.

Politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında deyib ki, ABŞ-də seçki mübarizəsi namizədlərdən daha çox politexnoloqlar vasitəsi ilə aparılır.

Ekspertin sözlərinə görə, seçki təbliğatı ilə məşğul olan namizədlər arasında Donald Tramp daha müstəqil görünür:

"Hər halda Trampın xarakterini və təcrübəni əsas götürərək demək olar ki, o, öz bildiyi kimi davranmağa çalışır. Sərbəst olmağa üstünlük verir və politexnoloqların fikirləri ilə oturub-durmamağa səy göstərir”.

Müsahibimiz qeyd edib ki, amma bütün hallarda ABŞ seçkilərində politexnoloqlar öz mühüm rollarını oynayırlar. Namizədin siyasi baxışına, ritorikasına təsir göstərməyə çalışırlar:

“Tramp Harrisdən fərqli olaraq daxili problemlərə söykənən bəyanatlarla çıxış edir və gündəmdə qalır. Ona görə də amerikalıların Trampa münasibəti digərlərindən fərqlənir. Ancaq son günlərdə keçirilən rəy sorğularından aydın olur ki, Kamala Harrisə də səs verənlər artıb. Hazırda namizədlərin səs faizi bərabərləşib".

İlqar Vəlizadə: Tramp Harrisdən fərqli olaraq daxili problemlərə söykənən bəyanatlarla çıxış edir

Analitikə görə, Harrisin əlində inzibati resurslar daha çoxdur. Siyasi isteblişmentin böyük hissəsi ona üstünlük verir. Trampı seçdirməyə bilərlər.

“ABŞ seçki sistemi kifayət qədər qəlizdir. Seçki sistemindəki boşluqlardan istifadə edərək Demokratlar öz namizədini seçdirə bilərlər. Baxmayaraq ki, insanların böyük hissəsi Trampa səs verəcək, amma çox güman ki, Kamala Harris prezident seçdiriləcək. Əlbəttə, hər şey şərtidir. İstisna etmək olmaz ki, əgər Tramp kifayət qədər çox səs qazanarsa, Harrisi seçdirmək qeyri-mümkün hala gələr", - deyə İlqar Vəlizadə bildirib..

Aydın Baxış


SON XƏBƏRLƏR

05 Noyabr 2024