• Bakı C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.789

    RUB - 1.5962

Makronla bu barədə razılaşdıq - Tokayev

DÜNYA

06 Noyabr 2024 | 00:36

Makronla bu barədə razılaşdıq - Tokayev

Qazaxıstan və Fransa arasında əlaqələr strateji xarakter alıb, Astana və Paris birgə fəaliyyət üçün beynəlxalq səviyyədə səyləri birləşdirməyə razılaşıblar. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Parisdə Fransa Prezidenti Emmanuel Makronla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

"Biz bütün problemlərin sülh və siyasi-diplomatik yolla həllini zəruri hesab edirik. Beynəlxalq səviyyədə qüvvələri birləşdirib birgə işləmək barədə razılığa gəldik. Bugünkü danışıqlar səmərəli keçdi. Bu səfər onu göstərir ki, Qazaxıstan və Fransa arasında əlaqələr yüksək səviyyəyə çatıb, strateji xarakter daşıyır”, - deyə Tokayev bildirib.

Qeyd edək ki, Tokayev Parisdə səfərdədir.


SON XƏBƏRLƏR