• Bakı 23° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Parisdə fermerlər aksiya keçiriblər

DÜNYA

05 Dekabr 2024 | 21:56 | Müəllif: Subhan Mahmudov

Parisdə fermerlər aksiya keçiriblər

Fransada fermerlərin qəzəbi səngimir. Yağışlı və soyuq havaya baxmayaraq, onlar Parisdə Böyük Sarayın (Grand Palais) qarşısında etiraz nümayişinə toplaşıblar.

Bakıvaxtı.az xəbər verir ki, Kəndli Konfederasiyasının (Confederation paysanne) çağırışı ilə nümayiş keçiriblər. Konfederasiya hərəkətə keçmək və fermerlərin iş şəraitini yaxşılaşdırmaq məqsədilə onları bir araya gətirib.

Böyük Sarayın qarşısına toplaşan fermerlər "Biz sizi yedizdiririk, bizə hörmət edin" şüarları səsləndiriblər. Nümayişçilər "Kəndliləri xilas edin, maklerləri yeyin" yazılmış şüarlar ucaldıblar. Əraziyə jandarm və milli polislər səfərbər olublar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026