• Bakı 20° C

    6.74 m/s

Ərdoğan Təhlükəsizlik Şurasını TOPLADI

DÜNYA

05 Dekabr 2024 | 22:13 | Müəllif: Subhan Mahmudov

Ərdoğan Təhlükəsizlik Şurasını TOPLADI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının (MGK) iclası keçirilib. 

Bakıvaxtı.az bu barədə TRT kanalına istinadən xəbər verir.

Mətbuata qapalı keçirilən görüş 3 saat davam edib.

Görüş zamanı əsasən Suriyadakı vəziyyət müzakirə olunub. Qəzza və Ukraynadakı vəziyyətə toxunulub.

İclasda Azərbaycan və Ermənistan arasında danışıqlarda müsbət irəliləyişlərin sülh sazişi ilə nəticələnəcəyi gözləntiləri və arzuları vurğulanıb, daimi sülhün regionumuzun bütün aktorlarının marağında olacağı qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026