• Bakı C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.8488

    RUB - 0.0172

Ərdoğan: “İsrailə beynəlxalq təzyiqlər artırılmalıdır”

DÜNYA

05 Noyabr 2024 | 16:45

Ərdoğan: “İsrailə beynəlxalq təzyiqlər artırılmalıdır”

“İsrailə beynəlxalq təzyiqlər artırılmalıdır. Fələstin məsələsi üçün səylərimizi davam etdirəcəyik”.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  Türkiyə-Qırğızıstan ⁠Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında deyib.

O, bildirib ki, İsrailin Livana qarşı hücumları bütün bölgə təhlükəsizliyini və beynəlxalq sistemi təhdid edir:

“Şuşada keçirilən qeyri-rəsmi Türk Dövlətləri Təşkilatı Zirvəsində, Qəzzada mülki vətəndaşların ayrı-seçkilik olmadan hədəf alınmasını pisləmiş, təcili atəşkəs və humanitar yardım çağırışı etmişdik. Türk dünyası olaraq Fələstin məsələsinin daimi və ədalətli həlli üçün səylərimizi davam etdirməyimiz olduqca vacibdir”.

Həmçinin, Ərdoğan BMT-yə, xüsusilə də, Qırğızıstana İsrailə beynəlxalq təzyiqləri artırmaq üçün verdiyi dəstəyə görə təşəkkür edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

05 Noyabr 2024