Almaniyanın "Bavariya" klubu Bundesliqada çıxış edən "Ayntraxt"ın hücumçusu Omar Marmuşu heyətinə cəlb etməyi düşünür.
Bakıvaxtı.az "Sky Sports"a istinadən xəbər verir ki, Frankfurt təmsilçisi misirli futbolçunu 50-60 milyon avro qarşılığında sata biləcəyini bildirib.
Bundan başqa, 25 yaşlı oyunçu ilə İngiltərənin "Liverpul" klubu da maraqlanır.
Qeyd edək ki, O.Marmuş cari mövsüm "Ayntraxt"ın heyətində meydana çıxdığı 14 oyunda 12 qol vurub.