• Bakı 14° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Ekvador millisinin futbolçusu qaçırılaraq üç gün əsir saxlanılıb

İDMAN

05 Dekabr 2024 | 15:57

Ekvador millisinin futbolçusu qaçırılaraq üç gün əsir saxlanılıb

Ekvador millisinin futbolçusu Pedro Perlasa qaçırılaraq üç gün əsir saxlanılıb.

Bakıvaxtı.az "El Comercio" qəzetinə istinadən xəbər verir ki, ölkəsinin "Delfin" klubunda çıxış edən müdafiəçi dekabrın 1-də cinayətkarlar tərəfindən qaçırılıb.

O, digər tanışı ilə birgə şüşələri qara rəngdə olan avtomobilə zorla mindirilərək naməlum istiqamətə aparılıb. Ekvador polisi dərhal axtarışa başlayıb və qaçırılanlar üç gün sonra saxlandıqları yerdən azad ediliblər.

Qeyd edək ki, Pedro Perlasa Ekvadorda müxtəlif klubların formasını geyinib, 3 dəfə yığmanın heyətində çıxış edib.


SON XƏBƏRLƏR

18 Aprel 2025