İsrail ordusunun hücumlarını davam etdirdiyi Livanın cənub bölgəsində indiyədək 37 şəhəri yerlə-yeksan etdiyi, 40 mindən çox evi dağıtdığı açıqlanıb.
Bakıvaxtı.az bu barədə Livanın rəsmi mənbələrinə istinadla xəbər verir.
Xəbərdə İsrailin Livanda ən az 37 şəhəri yerlə-yeksan etdiyi vurğulanıb və 40 mindən çox evin tamamilə dağıldığı qeyd edilib.
Bildirilib ki, İsrail ordusunun məhv etdiyi qəsəbələr Nakura qəsəbəsindən Əl-Hiyam qəsəbəsinə qədər sərhəd xətti boyunca 3 kilometr içəriyə doğru uzanır.
Əli Hüseynov