Valensiya hökuməti federal hakimiyyət orqanlarından 31,4 milyard avro tələb edəcək.
Bakıvaxtı.az "Kommersant"a istinadən xəbər verir ki, bunu muxtar icmanın prezidenti Karlos Meyson deyib.
Onun sözlərinə görə, bu məbləğ regionda daşqınların nəticələrinin aradan qaldırılması üçün zəruri olan yalnız ilk tədbirlər paketinin qəbulunu təmin etməlidir.
Qeyd edək ki, İspaniyanın baş naziri Pedro Sançes daha əvvəl daşqınların vurduğu zərərin həcmini təxmin etmək üçün hələ tez olduğunu bildirib.
Gülşən Şərif